26 mart 2016 15:40
Bəhmən Həsənov: Heyətlə bağlı çox ciddi problemlərimiz var
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la oyuna hazırlıqdan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la oyun öncəsi heyətimizdə çoxlu itki var. Elvin Əliyev, Saşa Yunisoğlu, Yamin Ağakərimzadə, Elvin Həsənəliyev zədəlidir. Kənan Müslümovun hərarəti var. Bütün problemlərə baxmayaraq, oyuna hazırlığı davam etdiririk. Vəziyyəti düzəltmək lazımdır. Bizi çətin oyun gözləyir".
