26 mart 2016 15:20
Millimiz Maltaya böyük hesabla uduzdu
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, Malta komandası ilə qarşılaşan yığmamız 0:3 hesabı ilə məğlub olub.
Futbolçularımız turnirdə son oyununu martın 28-də Belarus komandasına qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyununda Lixtenşteynə 8:0 hesabıyla qalib gəlmişdi.
