26 mart 2016 14:30
Vüqar Mustafayev: Rusiyaya səfərdə 3:2 hesabıyla qalib gələ bilərdik
Azərbaycanın U-21 yığmasının yarımmüdafiəçisi Vüqar Mustafayev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı səfər oyununda qeydə alınan 2:2 hesablı heç-heçəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rostovdakı matçın bizim üçün çətin keçəcəyini bilirdik. Hər şey gözlədiyimiz kimi alındı. Bakıda onlara böyük hesabla (3:0) qalib gəlmişdik. Cavab matçında da qələbəyə köklənmişdik. Fikrimcə, bu dəfə də 3:2 hesabıyla qalib gələ bilərdik. Amma ədalət naminə qeyd etmək lazımdır ki, rəqib komanda da qələbə qazana bilərdik. Bütövlükdə, nəticə ədalətlidir. Heç-heçə bizim üçün çox yaxşı nəticədir. Amma Rusiyaya səfərdə də qalib gəlsəydik, lap yaxşı olardı".
