26 mart 2016 13:40
Ağasəlim Mircavadov: Millimiz Qazaxıstana qalib gələ bilər
Azərbaycanlı futbol mütəxəssisi Ağasəlim Mircavadov millimizin bu gün Qazaxıstana qarşı keçirəcəyi yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamız çoxdan idi bir araya gəlmirdi. Heyətdə yeni və gənc oyunçular var. Fikrimcə, onlar bu şansdan yararlanıb, özlərini yaxşı tərəfdən göstərməlidirlər. Artıq DÇ-2018-in seçmə mərhələsinə hazırlıq start götürüb. Tsikl öncəsi belə oyunların böyük faydası var. Sentyabra qədər komandamız tam hazır olmalıdır. Mənim üçün əsas yaxşı oyun görməkdir, ondan sonra isə nəticə. Qazaxıstana qalib gələ bilərik".
