26 mart 2016 13:20
Zirənin forvardı Hondurasa qol vurdu
"Zirə"nin hücumçusu Nelson Bonilya DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Salvador yığmasının Hondurasa qarşı keçirdiyi oyunun iştirakçısı olub. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:2 hesabıyla başa çatıb.
Bonilya start heyətdə çıxdığı matçın sonunadək meydanda olub. O, həmçinin qarşılaşmanın 89-cu dəqiqəsində vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.
Bu komandalar arasındakı cavab görüşü martın 30-da Hondurasda keçiriləcək.
