Bədavi Hüseynov: Milliyə dəvət alan futbolçuların hamısı buna layiqdir
Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov Qazaxıstana qarşı yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlıq yaxşı keçir. Bizim üçün yaxşı şərait yaradılıb. Komandada atmosfer yaxşıdır. Səbrsizliklə Qazaxıstanla matçı gözləyirik. Asan matç olmayacağını bilirik. Çünki rəqib fiziki cəhətdən yaxşı hazırlığa malikdir. Amma fikrimcə, səviyyəcə iki oxşar komanda üz-üzə gələcək. Elə buna görə də maraqlı oyun olacaq. İnanıram ki, yaxşı oyun gösərib, qələbə qazana biləcəyik. Robert Prosineçkinin milliyə dəvət etdiyi futbolçuların hamısı buna layiqdir. Hətta indi millidə olan gənc futbolçular da Premyer Liqadakı matçlarda özlərini yaxşı tərəfdən göstərə biliblər. Buna misal kimi AZAL-ın heyətində yaxşı futbol sərgiləyən Murad Səttarlını qeyd etmək olar".
