26 mart 2016 12:40
Aslan Kərimov: Azərbaycan və Qazaxıstan futbolu eyni səviyyədədir
Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov millimizin bu gün Qazaxıstana qarşı keçirəcəyi yoxlama matçı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk dəqiqələrdən meydana ən optimal heyətin çıxması gözlənilir. Bu üzdən də xorvatiyalı mütəxəssisin bu matça ciddi yanaşdığını söyləmək olar. Millimiz çoxdan idi oynamırdı. Demək olar ki, komandamız Qazaxıstan yığması ilə eyni səviyyədədir. Bizim "Qarabağ" kimi güclü klubumuz varsa, onların da "Astana" klubu son mövsümdə ÇL-in qrup mərhələsində oynadı. Qazaxıstan futbolu son illərdə çox inkişaf edib".
