Robert Prosineçki: Altı günlük hazırlıq prosesindən razıyam
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Qazaxıstanla yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Nəticə hər oyunda vacibdir. Altı gündür hazırlıq keçirik, hər şeydən razıyam. Hər oyunda daha yaxşı çıxış etməyimizi istəyirəm. Azərbaycan yığması son matçlarında yaxşı futbol sərgiləyib. Amma bunun inkişafını istəyirik.
- Qazaxıstan yığması barədə nə bilirsiniz?
- Onların son seçmə mərhələdəki iki rəsmi oyununa baxmışam. Eyni zamanda Latviyaya qarşı keçirdikləri oyunu komanda ilə birgə analiz etmişik. Qazaxıstan yığması çox güclü oyun sərgilədi. Bu rəqib barədə çox məlumatımız var. Yaxşı analizlər etmişik. Bizi çətin oyun gözləyir.
- Bəs öz komandanız nə dərəcədə yenilənib? Hansı mövqelərdən daha çox razısınız?
- Bir il üç aydır ki, Azərbaycan yığmasının sükanı arxasındayam. Komandamızda çoxlu dəyişikliklər olub. Çoxlu gənc futbolçumuz var. Yaşlı futbolçularımız da var. Hansı ki, onların komandaya kömək edə biləcək gücdə olduqlarını düşünürəm. Amma gəncləşdirmə siyasəti də davam edir. Bu toplanışa üç futbolçumuzu gətirməmişik. Komandamdan razıyam.
