26 mart 2016 11:00
Azərbaycan Maltaya qarşı
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ikinci oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız Bakı vaxtı ilə saat 13:30-da Malta komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, futbolçularımız turnirdə keçirdiyi ilk oyunda Lixtenşteyn yığmasını 8:0 hesabı ilə məğlub edib.
