26 mart 2016 00:45
Qurbanov: Prosineçki özümü meydanda çox aqressiv apardığımı söylədi
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov baş məşqçi Robert Prosineçki ilə görüşü barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Prosineçki ilə görüşümüz oldu. O, mənə bəzi səhvlərimi söylədi və üzərində çalışmağımı tapşırdı. Məsələn, meydanda özümü çox aqressiv apardığımı bildirdi. Əlbəttə, Prosineçki də bizim kimi, "Neftçi"nin nəticələrindən razı deyil. Amma biz bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq".
