İnterin zədəli futbolçularından xəbər var
Topaz Premyer Liqasının 27-ci turunda “Neftçi”ni qəbul edəcək "İnter" hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Novruz bayramı ilə əlaqədar martın 20-23-ü aralığında istirahət edən komanda artıq iki gündür hazırlıqlara başlayıb.
Zədəli olan Qara Qarayev növbəti görüşü buraxacaq. Fuad Bayramov və Laşa Salukvadze isə artıq komandayla məşq edir. Hər iki futbolçu "Neftçi" ilə matça çıxa biləcək.
Serbiyada müayinədən keçən komandanın kapitanı Nizami Hacıyev də artıq vətənə qayıdıb. Həkimlər Nizamini "Neftçi" ilə matça hazırlayır. Komandayla birgə məşq edən Rauf Əliyev isə demək olar ki, artıq zədəsini tam bərpa etmək üzrədir. O, müəyyən vaxt çərçivəsində əvəzedici komandanın oyunlarında iştirak edəcək. Raufu aprel ayının ortalarından əsas komandanın matçlarında, yaşıl meydanlarda görmək mümkün olacaq.
Qeyd edək ki, “İnter” – “Neftçi” matçı martın 30-da “İnter Arena”da keçiriləcək və saat 18.00-da start götürəcək.
