26 mart 2016 00:05
Azərbaycan - Qazaxıstan matçı türk hakimlərə tapşırıldı
Azərbaycan və Qazaxıstan milli komandaları arasında martın 26-da Türkiyənin Antalya şəhərində keçiriləcək yoxlama oyununu türkiyəli FIFA referiləri idarə edəcək. Azerisport.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Ali Palabıyık olacaq.
Baş hakimin köməkçiləri Ceyhun Səsigözəl və Kərəm Ersoy təyin olunub. Dördüncü hakim funksiyasını isə Halil Umut Meler yerinə yetirəcək. (AFFA)
