25 mart 2016 19:30
Murad Səttarlı: Qazaxıstana qarşı yaxşı oynayıb, müsbət nəticə qazanmaq istəyirik
Azərbaycan yığmasının yarımmüdafiəçisi Murad Səttarlı sabah Türkiyədə Qazaxıstana qarşı keçiriləcək yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qazaxıstanla oyuna hazırlıq öz qaydası ilə gedir. Oyuna demək olar ki, hazırıq. Çətin oyun olacağını bilirik. Yaxşı futbol göstərib, müsbət nəticə qazanmaq istəyirik. Rəqib komanda barədə heç bir məlumatım yoxdur. Amma Qazaxıstan yığmasının hədiyyə olmadığını bilirəm. Şəxsən mən özümü çox yaxşı hiss edirəm. Lakin Robert Prosineçki ilə heç bir söhbətim olmayıb. Oynayıb-oynamayacağıma o qərar verəcək".
