25 mart 2016 16:30
Jadder: Azərbaycan Niderlanda cavab matçında da qalib gələcək
Futzal üzrə Azərbaycan yığmasının sabiq üzvü Jadder millimizin dünya çempionatına vəsiqə uğrunda Niderlanda qarşı keçirdiyi ilk pley-off matçını şərh edib, cavab matçındakı şanslarımız barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Niderlanda səfərdə 5:1 hesabıyla qalib gəldiyinizi bilirəm. Azərbaycan yığması necə güclü komanda olduğunu növbəti dəfə göstərdi. Bu, sevindirici haldır. İnanıram ki, bu komanda ev oyununda da qələbə qazanacaq. Azərbaycan yığması Kolumbiyadakı dünya çempionatına yollansa, əla olar. Bu komanda güclü heyətə malikdir və mundialda da öz gücünü göstərə bilər. Amma cavab matçı öncəsi arxayınlaşmaq olmaz. Ciddi hazırlaşmaq lazımdır".
