25 mart 2016 16:00

Ayaz Quliyev: Azərbaycan yığması çox xoşuma gəldi

Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində ötən gün millimizə qarşı keçirdikləri oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Heç-heçədən razı qaldınız?
- Bu matç üçün hədəfimiz qələbə qazanmaq idi. Ancaq bu barədə düşünürdük. Amma alınmadı.

- Azərbaycan yığmasının səfər oyununda da iki qol vurduğunu nəzərə alsaq, millimizin Bakıda 3:0 hesablı qələbəsinin təsadüfi olmadığını demək olar?
- Biz ev oyununda standart vəziyyətlərdən qollar buraxdıq. Hansı ki, bu baxımdan problemlərimiz var. Bu çatışmazlığı aradan qaldırmağımız lazımdır. Azərbaycanla oyun öncəsi bu yöndə müəyyən qədər çalışmışdıq. Amma görünür hələ çox çalışmalıyıq. Həm də ələ düşən qol şanslarından yaxşı yararlana bilmirik.

- Azərbaycan yığması barədə nə deyə bilərsiniz?
- Çox xoşuma gəldi. Topa yaxşı nəzarət edirdilər, ötürmələrdən yararlanmağa çalışırdılar. Həm də bunu heç bir həyəcan olmadan edirdilər.

- Meydana "Azərbaycana mütləq qol vurmalıyam" fikri ilə çıxmışdınız?
- Prinsipcə, mən hər oyunda meydana komandamın qələbə qazanmasına kömək etmək üçün çıxıram. Rəqibin kim olmasının fərqi yoxdur.

- Matçdan sonra yığmamızın üzvləri ilə söhbət etdiniz?
- Əlbəttə. Bir neçəsi ilə salamlaşdıq. Bir-birimizə təşəkkür etdik, uğurlar arzuladıq.

- Rusiya yığmasını qarşı Almaniya və Avstriya ilə oyunlar gözləyir. Qrupdan çıxacağınıza inanırsınız?
- Şansımız çox azdır. Amma nə qədər ki, şans var, bunun üçün mübarizəmizi davam etdirəcəyik. Allah eləsin ki, qrupdan çıxaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.