25 mart 2016 14:30
Almaniya mətbuatı: Karlsrue Dmitri Nazarovla yollarını ayıracaq
Almaniya mətbuatı ikinci Bundesliqada çıxış edən "Karlsrue"nin yayda yollarını ayıracağı futbolçuların siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahıda Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun da adı var:
"Nazarov "Karlsrue"də əsas heyətin daimi üzvlərindən idi. Amma son dövrlər onu daha çox ehtiyat oyunçular skamyasında görürük. Bu üzdən də onun yayda komandadan göndərilməsi ehtimalı yüksəkdir. Həm də Nazarovun klubla müqaviləsinin müddəti yayda başa çatacaq. Mümkündür ki, o, başqa bir kluba pulsuz qismət olsun".
