25 mart 2016 14:00
Rəşad Eyyubov: Qazaxların güclü çempionatı varsa, milliləri də güclü olar
Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Eyyubov Türkiyədə Qazaxıstana qarşı keçiriləcək yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qazaxıstan yığması barədə xüsusi məlumatım yoxdur. Amma bilirəm ki, qazaxların güclü çempionatları var. Deməli, yığmaya da zəif futbolçular cəmləşməyib. Fikrimcə, maraqlı oyun olacaq. Mənim üçün yoldaşlıq oyunu olmur. Bu oyun da təbii ki, sonadək qələbə üçün mübarizə aparacağımız bir görüş olacaq".
