25 mart 2016 13:20
Aslan Kərimov: Rusiyadan 4 xal almaq yaxşı nəticədir
Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov U-21 millimizin AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiya ilə səfər oyunundakı 2:2 hesablı heç-heçəsini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz yaxşı oynadıq, ya rəqib zəif idi? Hər ikisini demək olar. Bizim uşaqlarda oyun təcrübəsinin daha da artdığını aşkar görmək olur. Əvvəllər bu, çatışmırdı. Şahruddin Məhəmmədəliyev zəif oynadı. Çünki o, "Qarabağ"da elə də çox oyun şansı qazanmır. Rusiyanı heç vaxt futbol ölkəsi hesab etməmişəm. Amma bu komandadan 4 xal almaq yaxşı nəticədir. Komandamız artırıb. Sevindirici haldır ki, bu yaşda futbolçularımız heç də pis oyun sərgiləmirlər".
