25 mart 2016 13:00
Nelson Bonilya: Rəqibimiz Braziliya və ya Argentina deyil, qələbə qazanmalıyıq
Salvador yığmasının və "Zirə"nin hücumçusu Nelson Bonilya DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Hondurasa qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, Salvador mətbuatına açıqlamasında bunları söyləyib:
"Bizi yaxşı komanda ilə görüş gözləyir. Amma rəqibimiz Braziliya və ya Argentina deyil. Ona görə də qələbə qazanmaq lazımdır. Özü də doğma meydanda oynayacağıq".
