25 mart 2016 12:30
Prosineçki Qazaxıstanla oyun üçün heyəti açıqladı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Türkiyədə Qazaxıstana qarşı keçiriləcək yoxlama oyunu üçün start heyətini demək olar ki, müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, ciddi bir problem yaranmasa, xorvatiyalı mütəxəssis qazaxlarla görüşün ilk dəqiqələrindən aşağıdakı oyunçuları meydana buraxmağa hazırlaşır:
Kamran Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (k), Arif Daşdəmirov, Qara Qarayev, Dmitri Nazarov, Araz Abdullayev, Ruslan Qurbanov, Ağabala Ramazanov, Əfran İsmayılov.
Qeyd edək ki, sabah Antalyada keçiriləcək Azərbaycan - Qazaxıstan matçı saat 19:00-da start götürəcək.
