25 mart 2016 11:30
David Loriya: Azərbaycanın zəif və güclü cəhətlərini bizə göstəriblər
Qazaxıstan yığmasının qapıçısı David Loriya Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycana qarşı əvvəlki oyunlarımızı xatırlayıram. Texnikalı komandadır. Hansı ki, bunu bütün Qafqaz komandalarında müşahidə etmək olur. Onlarda da böyük nəsil dəyişikliyi baş verib, baş məşqçi postuna Robert Prosineçki gətirilib. Bizə onların zəif və güclü cəhətlərini göstəriblər. Təxminən necə bir rəqiblə qarşılaşacağımızı başa düşürük. Türkiyədə birgə oynadığım azərbaycanlı futbolçular olub. Amma mənim bildiyimə görə, onlar indi yığmada yer almırlar".
