25 mart 2016 11:00
Azərbaycanın rəqiblərinin oyununda 5 qol
AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanın U-21 yığmasının da yer aldığı 7-ci qrupda daha bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, qrup lideri Almaniya sonuncu pillədə qərarlaşan Farer adalarını qəbul edib.
Matç gözlənildiyi kimi, almanların böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1.
Qeyd edək ki, ötən gün millimiz də səfərdə Rusiya ilə heç-heçə oynamışdı - 2:2.
Bu oyunlardan sonra 7-ci qrupda vəziyyət belədir:
| Komandalar | O | Q | H | M | T/F | X |
| Almaniya | 6 | 6 | 0 | 0 | 24-4 | 18 |
| Avstriya | 5 | 4 | 0 | 1 | 17-7 | 12 |
| Finlandiya | 5 | 3 | 0 | 2 | 6-6 | 9 |
| Azərbaycan | 8 | 2 | 1 | 5 | 7-18 | 7 |
| Rusiya | 5 | 1 | 1 | 3 | 7-11 | 4 |
| Farer adaları | 5 | 0 | 0 | 5 | 1-16 | 0 |
