25 mart 2016 00:10
Dmitri Nazarovsuz Karlsrue Bundesliqa klubu ilə heç-heçə etdi
Almaniyanın "Karlsrue" klubu yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası "Maynts 05" klubu ilə qarşılaşıb.
Əsas bundesliqa klubu ilə qarşılaşma aşağı liqa təmsilçisi üçün heç də pis alınmayıb. Futbolçumuzun komandası tam heyətlə oynamasa da, qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
Qeyd edək ki, Nazarov hazırda Azərbaycan yığmasının heyətində Türkiyədə təlim-məşq toplanışında olduğundan bu sınaq matçının iştirakçısı olmayıb.
