25 mart 2016 00:00
Məsimov oynadı, Domjale İtaliya klubuna qalib gəldi
Sloveniyanın "Domjale" klubu yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası İtaliyanın "Triestina" klubu ilə qarşılaşıb.
Matçda hesabı italyanlar açıblar. Amma sonradan iki qol vuran sloveniyalılar əzmkar qələbəyə seviniblər - 2:1.
Qeyd edək ki, Samir də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.
