24 mart 2016 20:00
Kəpəzin sabiq forvardı Ukrayna klubunda
"Kəpəz"in sabiq hücumçusu Aleksandr Sıtnik özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, Ukraynanın "Qornyak" klubuna keçib.
Krivoy Roq təmsilçisi artıq onu Ukrayna Futbol Federasiyasında qeydiyyatdan da keçirib.
Qeyd edək ki, Sıtnik mövsümün birinci yarısını "Kəpəz"də keçirmişdi.
