24 mart 2016 18:30
Millimiz Lixtenşteynə səkkiz cavabsız qolla qalib gəldi
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Lixtenşteyn komandası ilə qarşılaşan millimiz böyükhesablı qələbə qazanıb - 8:0.
Xaqani Sadıqovun 4 qol vurduğu oyunda hərəyə 1 dəfə Bəşir Aylarov, Fərid Məmmədov, Kamran Quliyev və Elvin Cəfərquliyev fərqlənib.
Yığmamız növbəti oyununu martın 26-da, Bakı vaxtı ilə saat 13:30-da Malta komandasına qarşı keçirəcək.
