24 mart 2016 16:30

Vüqar Əsgərov: Şərtləri məni razı saldı, sabah müqavilə bağlamağa gedirəm

Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov qarşıdakı planları və millimizə qayıtmaq istəyindən söhbət açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"1625 Liepaya" klubundakı çıxışım uğurlu alınsa da, mövsüm bitəndən sonra klubsuz qaldım. Bir neçə gün öncə tanış bir məşqçi zəng etmişdi. O, dedi ki, birinci divizionda çıxış edən başqa bir klub - "Salaspils" məni öz heyətində görmək istəyir. Bildirdi ki, "Əsgərov, bəsdir evdə oturdun, Riqaya gəl, müqavilə imzala". Mən də razılaşdım. Çünki şərtlər məni qane etdi. Sabah Riqaya yollanacağam".

Əsgərov vətəndə tez unudulmasından da söz açıb: "Mən də hərdən bu barədə düşünürəm. Özümə də qəribə gəlir ki, Azərbaycanda niyə məni belə tez unutdular. Çünki o dərəcədə pis deyildim. Sadəcə, Əsgər Abdullayevin rəhbərliyi altında "Araz Naxçıvan"da normal oynaya bilmədik. Tək buna görə mənim üstümdən xətt çəkmək olmaz".

Millimizin sabiq üzvü Berti Foqtsun dövründə oynadığı yığmamızla indiki komandanı da müqayisə edib: "Yığmamız həmişə güclü olub. Sadəcə, Berti Foqtsun öz sevimli futbolçuları var idi. Hamı onun legionerləri necə sevdiyini bilirdi. İndiki yığmamız da güclüdür. Qarşıdakı Qazaxıstanla yoxlama oyununu səbrsizliklə gözləyirəm. Bizimkilərə azarkeşlik edəcəyəm. Özümə gəlincə, yığmada niyə qala bilmədiyimi deyə bilmərəm. Həmişə millinin şərəfini qorumaq üçün alışıb-yanmışam. Özümü yığma komandada yaxşı tərəfdən göstərməyə çalışmışam. Sadəcə, sabit dəvət ala, oynaya bilmədim".

Vüqar azərbaycanlı futbolçular - Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun Latviyanın yüksək liqa klubu "Dauqavpils"ə transferindən də danışıb: "Latviya çempionatının oyunları ilə bağlı dəqiq proqnoz vermək çox çətindir. "Dauqava" və "Skonto"da əvvəllər də azərbaycanlı futbolçular çıxış ediblər. Amma onların oyunu alınmayıb. Ümid edirəm ki, bu uşaqlar "Dauqava"da özlərini yaxşı tərəfdən göstərə biləcəklər və onlarda hər şey alınacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.