24 mart 2016 16:00
Ramazan Abbasov: Sonuncu pilləni tərk etməkdən başqa yolumuz yoxdur
"Rəvan"ın kapitanı Ramazan Abbasov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarşıda bizi çətin oyun gözləyir. Bu oyuna ciddi hazırlaşmaq lazımdır. Turnir cədvəlinin sonuncu pilləsini tərk etmək istəyirik. "Xəzər Lənkəran"dan altı xal geridəyik. Bu komandanı keçməliyik. Başqa yolumuz yoxdur. "Xəzər Lənkəran"ı qabaqlaya bilsək, əla olar".
