24 mart 2016 15:30
Ruslan Qurbanov: Bizdən daha yaxşı nəticə gözləyirlər, nəinki yeddinci yeri tutmağı
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov komandasının çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz özümüz özümüzü bu vəziyyətə salmışıq. Amma ədalət naminə onu da qeyd etmək lazımdır ki, müəyyən qədər bəxtimiz də gətirmir. Hər matçda yaxşı oyun sərgiləyirik. Lakin bundan da yaxşısını göstərməyə qadirik. İnanıram ki, "Neftçi" bu vəziyyətdən çıxacaq gücdədir. Bunu etməyə borcluyuq. Çünki bizdən daha yaxşı nəticə gözləyirlər, nəinki yeddinci yeri tutmağı".
