24 mart 2016 14:30
Arif Əsədov: U-21-dən Rusiya ilə oyunda ən azı heç-heçə gözləyirəm
Azərbaycanlı futbol mütəxəssisi Arif Əsədov AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiya və Azərbaycanın U-21 yğmaları arasında keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakıdakı qarşılaşmada biz yaxşı futbol sərgiləmişdik və qələbə qazanmışdıq (3:0). Rəqib komandada həmin oyundan sonra məşqçi heyəti dəyişib. Bu oyun onlar üçün revanş xarakteri daşıyır. Millimiz üçün çətin olacaq. Amma yığmamızın üzvlərində də öz güclərinə inam yetərincədir. Komandamızda potensial da yüksəkdir. Gənclərdən ibarət millimizdə yaxşı oyunçular toplanıb. Ən azından heç-heçə gözləyirəm".
