24 mart 2016 14:00
Qurban Qurbanov: Milliyə gedənlər çox olduğundan, 12-13 futbolçu ilə hazırlaşırıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq "Rəvan"la oyunun hazırlığına başlamışıq. Milli komandanın yoxlama oyunu ilə əlaqədar sərəncamımdakı futbolçuların sayı azdır. Çünki çoxlu milli üzvümüz var. Bu üzdən də hələ ki, 12-13 futbolçu ilə məşq edəcəyik".
