24 mart 2016 12:00
Rusiya - Azərbaycan matçı bir dəqiqəlik sükutla başlayacaq
AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiya və Azərbaycanın U-21 yığmaları arasında keçiriləcək oyun bir dəqiqəlik sükutla başlayacaq. Azerisport.az xəbər verir ki, qarşılaşmanın iştirakçıları bir müddət öncə Rostovda baş verən təyyarə qəzasında həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər.
Qeyd edək ki, Rusiya - Azərbaycan matçı bu gün Rostovda keçiriləcək və saat 20:30-da start götürəcək.
