Qəbələ hazırlıqlara start verdi
Topaz Premyer Liqasının 26-cı turunun “Qarabağ”la oyunundan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” ötən gün Qəbələ şəhər stadionunda bir araya gələrək məşqini gerçəkləşdirib.
Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən futbolçular sonra toplu çalışmalara üstünlük verib. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Ukraynalı mütəxəssis yığma üzvlərinin yoxluğunda əvəzedici komandanın qapıçısı Süleyman Süleymanovu hazırlıqlara cəlb edib. “Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.
Xatırladaq ki, “qırmızı-qaralar” növbəti oyununu martın 30-da keçirəcək. Topaz Premyer Liqasının 27-ci turunun qarşılaşmasında bu komanda AZAL-ın qonağı olacaq. (klub saytı)
