23 mart 2016 23:00

Zaur Axundov: Hollandiyada qeydə alınan nəticəni unutmalıyıq

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Milli komanda dünya çempionatının pley-off mərhələsinin ilk oyununda inamlı qələbə qazandı. Oyunla bağlı nə deyə bilərsiniz?
- Birinci hissə gərgin keçdi. Yenə müdafiədə səhvlərə yol verdik. Təcrübəmiz hesabına fasiləyə qalib yollandıq. İkinci hissənin gedişində rəqib bir qədər dayandı. Biz də həmin vaxtda ardıcıl 3 qol vurub, Almeranı qalib tərk etdik. Komanda qarşıya qoyulan minimum tapşırığı yerinə yetirdi. Qalır, aprelin 12-də Bakıda keçiriləcək oyuna yaxşı hazırlaşmaq.
 
- Deyəsən, nəticədən razı, oyundan narazı qaldınız?
- Nəticədən razıyıq, amma indidən sevinmək olmaz. Futbolda 4 top fərqi ilə qazanılan qələbə böyük üstünlük sayılır. Amma futzalda belə deyil. Bakıda cavab oyunu var. Bu gün oyunumuzu ağırlaşdıran səbəblər də oldu. Ən əsası örtüklə bağlıdır. Milli uzun müddətdir terafleks örtükdə oynamırdı. Bu örtükdə top ləng hərəkət edir. Nəticədə oyunçudan əlavə fiziki güc tələb olunur. Futzalçılarımız meydanda 3-4 dəqiqə oynamaq gücündədirlər, amma bu gün 2 dəqiqədən artıq hərəkət edə bilmirdilər. Çünki meydança çox ağır idi. Buna baxmayaraq, vacib olan qələbəni qazandıq və indi cavab oyunu barədə düşünməliyik.

- Oyundan bir gün əvvəl keçirilən məşqdən narazı qaldınız və oyunçuları sərt şəkildə danladınız. Necə düşünürsüz, onlar lazımi nəticə çıxardılarmı?
- İdmançı məşqdə də yüz faiz çalışmalıdır. Çünki orada edilən səhvlər oyunda da təkrarlanır. Həqiqətən də hiss etdim ki, oyunçular əsəbi və gərgindirlər, buna görə də tez-tez səhvlərə yol verirdilər. Sonda müdaxilə etdim. Əsas odur ki, komanda üzvləri eyni tempdə qalsınlar.
 
- Hər nə qədər ikinci oyunda bu hesabı nəzərə almayacağınızı desəniz də, arxayınçılıq olacaq. Bunun qarşısını necə almağı düşünürsünüz?
- Bakıdakı hazırlıq zamanı komanda ilə söhbətimiz olacaq. Hollandiyada qeydə alınan nəticəni unutmalıyıq. Çünki futzalda 4 top böyük fərq deyil. Oyun zamanı 3 dəqiqə ərzində 3 qol vurduq. Ona görə də, nəticəni unutmağa və daha ciddi şəkildə hazırlaşmağa məcburuq.
 
- Futzal Hollandiyada elit idman növü sayılmasa da, arena tamamilə dolmuşdu. Bakıdakı oyunda necə, anşlaq yaratmaq mümkün olacaqmı?
- Azarkeşlərimizi aprelin 12-də Bakı İdman Sarayında, saat 20:00-da keçiriləcək cavab oyununa dəvət edirik. Almeredəki oyunda arena tamamilə dolmuşdu. Yeri gəlmişkən, Hollandiyada və Avropanın digər ölkələrində yaşayan həmvətənlərimiz bizi yalqız qoymadılar. Oyun boyu millimizi sona qədər dəstəklədilər. Onlara da təşəkkürümü bildirirəm. Hollandiyada da futzal populyarlaşmağa başlayıb. Ona görə də azarkeşlər arenaya gəlmişdilər. Burdakı anşlaqı biz də Bakıda yaratmağa çalışacağıq.
 
- Millimiz dünya çempionatına vəsiqə qazansa, heyəti gücləndirməyi düşünürsünüzmü?
- Bu haqda danışmağa tələsməyək. Çünki pley-off mərhələsi başa çatmayıb. Hələ cavab oyunu var. Aprelin 12-dəki oyunda da qələbə qazansaq, ondan  sonra baş məşqçi ilə builki çıxışımızı analiz edib, müəyyən qərarlar qəbul edəcəyik.
 
- Yeri gəlmişkən, milli pley-off oyunu öncəsi hansısa ölkənin yığması ilə yoxlama oyunu keçirmədi. Gələcək planlaşdırmada bu nəzərə alınacaqmı?
- Əgər dünya çempionatında oynamaq qismət olsa, ən azı, 3-4 yoldaşlıq oyunu keçirəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.