23 mart 2016 20:30
Nikolay Pisarev: Azərbaycana qalib gəlmək istəyirik
Rusiyanın U-21 yığmasının baş məşqçisi Nikolay Pisarev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Sevindirici haldır ki, futbolçularımız klublarının heyətində oyun təcrübəsi qazana bilirlər. Uşaqların emosional və funksional vəziyyətini xüsusi qeyd etmək istəyərdim. Qarşıdakı oyunlara gəlincə, şübhəsiz ki, qələbə qazanmaq istəyirik. İndi məşqçilər korpusunun əsas baş ağrısına çevrilən məsələ hansı futbolçuların oynayıb, hansıların oynamayacağı ilə bağlıdır. Çünki onların hər biri mübarizəyə hazırdır".
Qeyd edək ki, Rusiya - Azərbaycan matçı sabah keçiriləcək və saat 20:30-da start götürəcək.
