23 mart 2016 22:00
Məhəmməd Mirzəbəyov: İlə qələbə ilə başlamaq istəyirik
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Qurbanov Türkiyədə təşkil olunan təlim-məşq toplanışı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandada atmosfer yaxşıdır. Artıq DÇ-2018-in seçmə mərhələsinin hazırlığına start vermişik. Futbolçuların hamısı qarşıdakı oyunlara ciddi hazırlaşır. Qazaxıstanla yoxlama oyunu bu hazırlıq yolunda ilk sınağımız olacaq. Pis rəqib deyil. İlə qələbə ilə başlamaq istəyirik".
