23 mart 2016 14:40
Vitali Borisov: Məsələ hələ 50 faiz həll olunub
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov dünya çempionatına vəsiqə uğrunda Niderlanda qarşı keçirilmiş ilk pley-off matçını şərh edib. Azerisport.az saytına açıqlamasında o, 5:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Böyük hesabla qalib gəlsək də, oyun ağır və əsəbi tərzdə keçdi. Xüsusilə də birinci hissəni qeyd edərdim. Zalın örtüyü çox ağır idi. Topla davranmaq çətin olurdu. Amma yaxşı ki, ələ düşən qol şanslarından yararlandıq. Rəqib komandanın da şansları oldu, amma qapıçımız yaxşı çıxış etdi. Bəzi epizodlarda isə müdafəçilər topu boş qapıdan çıxardılar. Artıq indidən çemodanlarımızı hazırlayıb, Kolumbiyaya səfəri düşünməyə başlamağımız tezdir. Dünya çempionatına vəsiqə məsələsi hələ 50 faiz həll olunub".
