23 mart 2016 13:40
Millimiz üçün daha bir rəqib
AFFA futbol üzrə Azərbaycan yığmasının yayda təşkil olunacaq təlim-məşq toplanışı üçün növbəti sınaqçı-rəqib axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırda Makedoniya Futbol Federasiyası ilə danışıqlar aparılır.
Qeyd edək ki, millimizin iyunun 3-də Kanada yığması ilə yoxlama oyunu keçirəcəyi dəqiqdir. Toplanış böyük ehtimalla Avstriyada baş tutacaq.
