23 mart 2016 13:20
Fərid Quliyev: Hədəf Türkiyə çempionu olmaqdır
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyev Türkiyənin həvəskarlar liqasında mübarizə aparan "Yozqatspor"dakı çıxışına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klubumuzun hədəfi çempionluqdur. Bir neçə həftə öncəyə qədər lider idik, indi isə ikinci pillədəyik. Bir neçə oyunda meydanda olmuşam. Burada Azərbaycan futbolunu təmsil edirəm və layiqli oyun sərgiləməyə çalışıram. Bu klubun məlum keçmişi var, vaxtilə Super Liqada da çıxış edib. İndi klubun həmin məşhurluğunu geri qaytarmaq istəyirik".
