23 mart 2016 12:40
Fərəczadə: Hollandlardan belə oyun gözləmirdim
Futzal üzrə Azərbaycan yığmasının üzvü Rəcəb Fərəczadə dünya çempionatına vəsiqə uğrunda Niderlanda qarşı keçirilmiş ilk pley-off matçını şərh edib. Azerisport.az saytına açıqlamasında o, 5:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Düzünü desəm, hollandlardan belə oyun gözləmirdim. Onların bir neçə oyununa baxmışdıq və çox yaxşı təsir bağışladıqlarını görmüşdük. Xüsusilə də fərdi planda güclü idilər. Yəqin ki, bizim sayəmizdə onlar nəyə qadir olduqlarını tam göstərə bilmədilər. İstənilən halda layiqli və inamlı qələbə qazandıq. İndi sadəcə, bu işi Bakıda yekunlaşdırmaq qalır".
