23 mart 2016 12:20
Zirənin prezidenti təkzib etdi: Bu məni çox təəccübləndirdi
"Zirə"nin prezidenti Vüqar Astanov klubun hansısa başqa bir regionu təmsil etməsinə dair səsləndirilən təkliflərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, düz məlumat deyil. Ümumiyyətlə, belə bir söhbət olmayıb. Bizi onsuz da region təmsilçisi saymaq olar. Bu yaxınlarda hətta oxudum ki, futbolçularımız dörd aydır maaşlarını almırlar. Bu, məni çox təəccübləndirdi. Çünki biz nəinki maaşları vaxtında ödəyirik, hətta bəzən oyunçularımıza avans da veririk".
