23 mart 2016 11:00
Tino Peres: Bakıda da aqressiv və istəkli olmalıyıq
Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin pley-off raundunda keçirilmiş Hollandiya – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Tino Peres açıqlama verib. Azerisport.az xəbər verir ki, o, 5:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
“Yaxşı oynadıq. İstər müdafiədə, istərsə də hücumda nümayiş etdirdiyimiz oyundan razı qaldım. Üstəlik, rəqibin də etmək istədiklərini sanki əvvəlcədən bilərək önləyici tədbirlər görməyi bacardıq. Bununla belə, sakitləşmək, cavab oyununa rahat çıxmaq olmaz. Bakıdakı qarşılaşmada da, ən azı, bugünkü kimi aqressiv və istəkli olmalıyıq. Yalnız cavab oyununda sərfəli nəticə əldə edə bilsək, dünya çempionatına vəsiqə qazanmağımızı yüksək əhval-ruhiyyə ilə qeyd edə bilərik”.
