23 mart 2016 00:45
Nicat Qurbanov: Onların asanlıqla təslim olmayacağını bilirdik
"Zirə"nin yarımmüdafiəçisi Nicat Qurbanov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində AZAL üzərində qazandıqları 4:2 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələdəki qələbədən sonra AZAL-la oyunda da uğur qazanmaq istəyirdik. Xoşbəxtlikdən buna nail olduq. Xarakter göstərməklə istəyimizə çatdıq. AZAL-ın əvvəlki oyunlarına baxmışdıq. Bu komanda istənilən rəqibə qarşı yaxşı oynayır. Rəqibin asanlıqla təslim olmayacağını, sonadək mübarizə aparacağını bilirdik. Bizdə də heç bir arxayınlıq yox idi. Buna görə də məhsuldar və maraqlı oyun alındı".
