23 mart 2016 00:35
Rəhman Hacıyev millinin toplanışda iştirak etməyəcək
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik olunub. Azerisport.az xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev səhhəti ilə əlaqədar millinin hazırlıq prosesində iştirak edə bilməyəcək.
Qeyd edək ki, daha öncə İspaniyanın "Kordoba" klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun da adı dəvət olunan futbolçuların siyahısından çıxarılmışdı. (AFFA)
