Dmitri Nağıyev: Rusiya favoritdir, amma biz də qələbəyə oynayacağıq
Azərbaycanın U-21 yığmasının müdafiəçisi Dmitri Nağıyev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu rəqibə Bakıda 3:0 hesabıyla qalib gəldiyimizi nəzərə alsaq, səfər matçının çox ağır və gərgin keçəcəyi şübhəsizdir. Bakıdakı oyundan sonra hətta baş məşqçiləri də dəyişib. Ruslar həmin məğlubiyyətin qisasını almağa çalışacaqlar. Buna görə də biz müdafiədə diqqətli oynamalıyıq. Müdafiədə səhvsiz oynasaq, qol vurmaq, qələbə qazanmaq şansımız da olacaq. Əsas qol epizodlarından yaxşı yararlanmaqdır. Əlbəttə, Rusiya bu matçın favoritidir. Amma biz də qələbəyə oynayacağıq. Bizim qrupdan çıxmağımız üçün qalan bütün oyunlardan qalib ayrılmağımız lazımdır. Həm Rusiya, həm Farer adaları, həm də Finlandiya ilə oyunlarda qələbəyə köklənməliyik. Necə alınacağını görəcəyik".
