22 mart 2016 15:15
Millimizin Antalya toplanışı gündə bir məşqlə davam edir
Futbol üzrə Azərbaycan yığması Türkiyədəki təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, millimizin heyətində zədəli futbolçu yoxdur.
Baş məşqçi Robert Prosineçki futbolçuları gündə bir məşqə çıxarır. Xorvatiyalı mütəxəssis mövsümün qızğın vaxtında onları çox da yükləmək istəmir.
Qeyd edək ki, komandamız martın 26-da Antalyada Qazaxıstanla yoxlama oyunu keçirəcək.
