22 mart 2016 14:45
Maykl Essyen karyerasını Azərbaycanda davam etdirə bilər
Qana yığmasının və Yunanıstanın "Panatinaikos" klubunun yarımmüdafiəçisi Maykl Essyen karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, İngiltərənin "Çelsi", İspaniyanın "Real" (Madrid) və İtaliyanın "Milan" kubunun sabiq futbolçusu ilə Azərbaycan, Çin və Avstriya klubları maraqlanır. Amma həmin klubların adları açıqlanmır.
Qeyd edək ki, 34 yaşlı Essyen bu mövsüm Yunanıstan klubunda cəmi bir oyun keçirib.
