Neftçidə ikiqat yubiley
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev “ağ-qaralar”ın heyətində 150-ci oyununu keçirib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 26-cı turunun “Kəpəz”lə matçında sonradan meydana daxil olan futbolçu bu qarşılaşmayadək paytaxt klubunda 149 oyunda 17 qol vurmuşdu.
Gəncə təmsilçisi ilə görüşdə yubiley qeyd edən İmamverdiyev Premyer Liqada 115 (11 qol), kubokda 19 (3 qol), avrokuboklarda 16 (3 qol) dəfə ağ-qara forma geyinib.
Onun komanda yoldaşı Ruslan Qurbanovun “Kəpəz”in qapısından keçirdiyi qol da əlamətdar olub. Milliləşən rusiyalı komandasının heyətində 20-ci dəfə fərqlənib. O, buna 68-ci matçında nail olub. Qurbanov Premyer Liqada 54 oyunda 14, kubokda 9 matçda 6 qol vurub. Hücumçu avrokubokdakı 5 qarşılaşmada isə qol sevinci yaşamayıb. (PFL)
