Yalnız Neftçi ilə Kəpəz cərimə olundu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının və əvəzedici heyətlərin 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqa çərçivəsində keçirilən “Neftçi” - “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Əvəzedici heyətlərin 26-cıc turunun “Neftçi” – “Kəpəz” matçının 30-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Sərkərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Elcan Rəhimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
