22 mart 2016 13:15

Mövsümün yeni rekordu

Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. Azerisport.az xəbər verir ki, 26-cı turun 5 qarşılaşmasında 18 qol vurulub.

Bu da mövsümün ən yüksək məhsuldarlığıdır. Qollardan 6-sı “Zirə” – AZAL (4:2), 5-i “Neftçi” – “Kəpəz” (2:3) oyununa təsadüf edibsə, “Qəbələ” – “Qarabağ” (1:2) və “Rəvan” – “Sumqayıt” (1:2) qarşılaşmalarının hərəsində 3 top vurulub. “Xəzər Lənkəran” – “İnter” görüşü turun ən az qol vurulan matçı olub. Qonaqların 10, meydan sahiblərinin 8 dəfə fərqləndiyi turda orta məhsuldarlıq 3,6-ya bərabər olub.

Bu turadək mövsümün rekordu 3-ə bərabər idi. Belə ki, VII və XII turların hərəsində 15 qol vurulmuşdu. Bu dəfə 3 top artıq qeydə alınıb. XXVI turun məhsuldarlığı həm də son 16 ayda ən yüksək nəticədir. Sonuncu dəfə belə və ya daha yüksək məhsuldarlıq 2014-cü il noyabrın 20-də baş tutan 2014/15 mövsümünün XII turuna təsadüf etmişdi. Həmin vaxt 4 matçda 17 qol vurulmuşdu – 4,25.

Qeyd edək ki, cari mövsümün 250-ci qolu da arxada qalan tura təsadüf edib. “Qəbələ” – “Qarabağ” matçında qonaqların qələbə qoluna imza atan Mahir Mədətov yubiley topuna imza atıb. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.